Elçin Quliyev: "DSX-nin hərbi potensialı ciddi şəkildə səfərbər olunub"

Elçin Quliyev: "DSX-nin hərbi potensialı ciddi şəkildə səfərbər olunub" Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sur­satla təc­hiz olunub, istənilən döyüş tap­şı­rıqlarını uğurla yerinə yetir­mə­yə qadir hərbi qurumdur.
Hərbi
22 Fevral , 2019 14:23
Elçin Quliyev: DSX-nin hərbi potensialı ciddi şəkildə səfərbər olunub

Bakı. 22 fevral. REPORT.AZ/ "Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sur­satla təc­hiz olunub, istənilən döyüş tap­şı­rıqlarını uğurla yerinə yetir­mə­yə qadir hərbi qurumdur". 

"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xidmətin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasi­mində deyib.

O qeyd edib ki, qısa müddət ərzin­də Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sa­hil Mü­hafizəsinin, Sərhəd Nəzarətinin forma­laş­dırılması və nü­mu­­nəvi hərbi birləşmə səviy­yə­sinə yüksəl­dil­məsi əldə olunan ən ciddi nailiyyətlərdəndir: "2016-cı ilin aprelində əks-hücum əməliyyatı za­ma­nı düşmənin müdafiə xət­tinin, döyüş mövqelərinin, disloka­si­ya yer­lərinin, ko­man­da-da­yaq mən­­­təqələrinin, qərargahlarının dar­ma­­dağın edil­mə­si za­manı ke­çi­ril­ən uğurlu əməliyyatlar düşməni döyüş əməliyyat­la­rını da­yan­dır­masına məcbur etdi və bu qələbənin əldə olun­masına Azər­baycan sərhədçisi öz ciddi töhfəsini verdi.

Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qa­zax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xət­tində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təh­vil alın­ması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata ke­çi­rilməsi əm­rini almağımız hər birimizə qürur hiss­ləri yaşadıb, Azər­­baycan Res­publikasının Prezi­denti Si­lahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azər­bay­can sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olmuşdur.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam müha­fizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviy­yədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olunub, yaxın müddətdə sərhəd döyüş məntə­qələrində yüksək stan­dartlara cavab verən xidməti və məişət şərai­tinin təmin edilməsi işləri tam yekunlaşdırılacaq.

Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzm­karlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdud­suzdur!

Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altın­da işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edi­lə­cəkdir!

Əminəm ki, düş­mən üzə­rində son qələbənin əldə olunmasın­da Azərbaycan sər­həd­çisi şərəflə iştirak edəcək, döyüş tapşırıqla­rını uğurla, qalibiyyətlə icra edəcəkdir!

Əminəm ki, ötən ilin 15 iyununda bu hərbi hissədə başla­maqla çiyinlərimizdə “Zəfərə doğru” daşıdığımız müzəffər bayra­ğımızı Xan­kəndində, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubad­lıda, Ağ­damda, Laçında, Kəlbəcərdə dalğalandıracaq, döv­lət sərhədlə­rimizin bütövlüyünü təmin edəcəyik!"   

Son xəbərlər

Orphus sistemi