Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılan taborunun qiymətləndirilməsi aparılıb

Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılan taborunun qiymətləndirilməsi aparılıb NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün "2-ci səviyyəli yenidən NATO qiymətləndirilməsi (NEL-2) təlimi"nin məsləhətçi görüşü keçirilib.
Hərbi
19 May , 2023 14:57
Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılan taborunun qiymətləndirilməsi aparılıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün "2-ci səviyyəli yenidən NATO qiymətləndirilməsi (NEL-2) təlimi"nin məsləhətçi görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Alyansın müxtəlif qərargahlarından gələn xarici mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə iştirakçılara NEL-2 təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.

Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd ƏİK proqramına bəyan edilmiş bölmələrimizin döyüş hazırlığı fəaliyyətləri, təminat və təchizatlarının NATO standartlarına uyğunluğunu yoxlamaq, eləcə də bölmələrin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsidir.

Son xəbərlər

Orphus sistemi