Biləsuvarda "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adları təqdim edilib 

Biləsuvarda "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adları təqdim edilib  Biləsuvar rayonunda Vətən Müharibəsi Qəhrəmanı fəxri adlarının təqdimetmə mərasimi keçirilib.
Hərbi
469
8 İyul , 2021 17:34
Biləsuvarda Vətən Müharibəsi Qəhrəmanı fəxri adları təqdim edilib 

Biləsuvar rayonunda "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adlarının təqdimetmə mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları və şəhid ailə üzvləri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar şəhid ailələrinin üzvlərinə təqdim olunub.

Orxan Əkbərov və Cavid Mahmudovun “Vətən Müharibəsi Qəhrəmanı”, Elçin Tağıyev və Məhəmməd Əmənovun “Qarabağ” ordeni ailə üzvlərinə təqdim edilib.

Şəhid ailələri və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi