Baş Qərargah rəisi mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib

Baş Qərargah rəisi mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib İyunun 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib. Mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir
Hərbi
14 İyun , 2024 17:56
Baş Qərargah rəisi mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirildikdən sonra komandir heyətinin məruzələri dinlənilib. Baş Qərargah rəisinə məruzə olunub ki, plana əsasən, həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilərək, cəmləşmə rayonlarına çıxarılıb.

Təlimdə əsas diqqət Vətən müharibəsi və ondan sonrakı əməliyyatlar, eləcə də dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla mühəndis təminatı üzrə müxtəlif tapşırıqların icrasına yönəldilib.

Taktiki-xüsusi təlimin gedişini müsbət qiymətləndirən Baş Qərargah rəisi bu kimi təlimlərin keyfiyyətinin daha da artırılması və onların real döyüş şəraitinə uyğun keçirilməsi barədə göstəriş verib.

Son xəbərlər

Orphus sistemi