Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb Hər iki ölkənin müvafiq qurumları arasında qərargah danışıqları keçirilib
Hərbi
12 Yanvar , 2016 18:39
Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 11-də London şəhərində Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib. Yekunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016/2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı" imzalanıb.

İllik əməkdaşlıq Planı əsasən təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi