Azərbaycanla birgə təlimlərdə iştirak edən türkiyəli hərbçilər təntənəli şəkildə yola salınıb

Hərbi
  • 06 may, 2017
  • 15:22
Azərbaycanla birgə təlimlərdə iştirak edən türkiyəli hərbçilər təntənəli şəkildə yola salınıb
mod.gov.az

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək keçirilən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi hava bazalarından birindən təntənəli yola salınması mərasimi keçirilib.

44 filmi