Hulusi Akar Türkiyənin Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu bildirib
Hərbi
- 24 sentyabr, 2022
- 14:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ölkəsinin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu bildirib.
Azərbaycanın Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, o, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında deyib.
General-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
12:37
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Hadisə
12:34
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Futbol
12:32
Sabah rayonlarda 30 dərəcə isti olacaq, arabir yağış yağacaq
Ekologiya
12:23
BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib
Digər ölkələr
12:11
İran yeni əməliyyat planı hazırlayıb
Region
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr
11:34
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Futbol
11:26
TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir
Xarici siyasət