Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
Hərbi
25 Sentyabr , 2024 19:22
Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdən sonra beynəlxalq sərgidə Rusiyanın hərbi sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətinə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi