Azərbaycan Ordusunun döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu – RƏY

Azərbaycan Ordusunun döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu – RƏY Azərbaycan xalqı 26 İyun - Silahlı Qüvvələr Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir.
Hərbi
26 İyun , 2024 11:44
Azərbaycan Ordusunun döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu – RƏY

Azərbaycan xalqı 26 İyun - Silahlı Qüvvələr Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir.

“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində və birgünlük antiterror tədbirlərində möhtəşəm Zəfər qazanmaqla tarix yazdılar.

“Bu qələbə dövlətçilik tariximizin zəfər salnaməsidir. Xalqımız ordumuz ilə qürur duyur”, - o deyib.

F.Yıldırım vurğulayıb ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Deputat söyləyib ki, Azərbaycan tarixinə “Vətən müharibəsi”, “İkinci Qarabağ müharibəsi”, “Dəmir yumruq” əməliyyatı kimi daxil olan müharibə xalqla dövlətin sarsılmaz birliyi, ordunun gücünü bütün dünyaya göstərdi:

“44 gün ərzində Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu müharibə zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tez sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq”.

Deputat qeyd edib ki, bu vətənpərvərlik ruhuna ötən ilin sentyabrında Qarabağda keçirilən birgünlük antiterror tədbirlərində də şahid oldu.

“Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bizə Qələbə sevinci yaşatdıqları üçün bizlər şanlı Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq”, - o deyib.

Deputat qeyd edib ki, Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu:

“Təsadüfi deyil ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi strategiya öyrənilir, 44 günlük müharibə XXI əsrin müharibəsi hesab olunur”.

Son xəbərlər

Orphus sistemi