Azərbaycan Ordusunda hərbi qulluqçular üçün seminarlar keçirilir

Azərbaycan Ordusunda hərbi qulluqçular üçün seminarlar keçirilir Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə seminarlar keçirilib.
Hərbi
214
4 Sentyabr , 2021 15:00
Azərbaycan Ordusunda hərbi qulluqçular üçün seminarlar keçirilir

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə seminarlar keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Seminarlarda nazirliyin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Respublika Hərbi Prokurorluğunun, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin əməkdaşları mühazirələr oxuyublar.

Çıxış edənlər zabit və əsgərlərimizin mənəvi-psixoloji hazırlığının yüksək olmasından danışıblar. Müdafiə Nazirliyinin rəhbərliyinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə daim ciddi önəm verdiyi vurğulanıb.

Sonda dinləyicilərin sualları cavablandırılıb və mənəvi-psixoloji hazırlıq mövzusunda kitabçalar tədbir iştirakçılarına təqdim olunub.

Son xəbərlər

Orphus sistemi