Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb

Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilib.
Hərbi
1181
8 Dekabr , 2020 14:16
Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb

Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb.

“Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilib.

Nazirlər Kabineti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi