MN: "Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb"

MN: "Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb" Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır,
Hərbi
26 Noyabr , 2022 11:03
MN: Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi