Azərbaycan və Qırğızıstan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Qırğızıstan arasında hərbi əməkdaşlıq planı imzalanıb Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə görüşüb. Qırğız Respublikasının Müdafiə Nazirliyində təşkil edilən
Hərbi
23 Oktyabr , 2024 12:40
Azərbaycan və Qırğızıstan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə görüşüb, iki ölkə arasında hərbi əməkdaşlıq planı imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qırğızıstanın Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər.

Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda "Azərbaycan Müdafiə Nazirliyi ilə Qırğızıstan Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

Son xəbərlər

Orphus sistemi