Bakı. 16 noyabr. REPORT.AZ/ "Global Firepower" dünya ölkələrinin hərbi gücünə görə, növbəti reytinq siyahısını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.
Azərbaycan 126 dövlət arasında 64-cü yerdədir. Ölkəmizin hərbi büdcəsi 3 milyard dollardan artıqdır. Türkiyə bu siyahıda 10-cu, Ermənistan 74-cü, Gürcüstan 75-ci yerdədir.
İlk üç yeri isə ABŞ, Rusiya və Çin tutur.
Qeyd edək ki, reytinqin müəyyənləşdirilməsində 50-dən çox amil, o cümlədən, hərbi texnikanın sayı, insan resursları, müdafiə xərcləri, infrastruktur miqyası nəzərə alınır.