Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin rəhbərləri əməkdaşlıq məsələsini müzakirə ediblər

Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin rəhbərləri əməkdaşlıq məsələsini müzakirə ediblər Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan Türkiyə Silahlı Qüvvələrinin rəhbərlərinin üçtərəfli görüşü keçirilib
Hərbi
17 Oktyabr , 2017 11:16
Azərbaycan, Gürcüstan və Türkiyə  Silahlı Qüvvələrinin rəhbərləri əməkdaşlıq məsələsini müzakirə ediblər
Report

Tbilisi. 17 oktyabr, REPORT.AZ/ Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan Türkiyə Silahlı Qüvvələrinin rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, üçtərəfli görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Vladimer Çaçibaia və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar iştirak edirlər.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, üç ölkə xalqının sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək.

İclasda Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün bərpası, Türkiyədə və dünyada baş verən proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

Görüşün sonunda protokol imzalanıb. 

Son xəbərlər

Orphus sistemi