Azad olunmuş ərazilərimizdə yerləşən bölmələrdə bir sıra tədbirlər keçirilib

Azad olunmuş ərazilərimizdə yerləşən bölmələrdə bir sıra tədbirlər keçirilib Tədbirlərdə şəxsi heyətə vətənpərvərlik mözusunda musiqi nömrələri təqdim olunub
Hərbi
25 May , 2021 11:35
Azad olunmuş ərazilərimizdə yerləşən bölmələrdə bir sıra tədbirlər keçirilib

Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün bir sıra tədbirlər həyata keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının təşkil etdiyi tədbirlərdə müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim olunub.

“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Hərbi qulluqçular məktub müəlliflərinə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirlərdə şəxsi heyətə vətənpərvərlik mözusunda musiqi nömrələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi