ABŞ HHQ-nin son 7 ildəki itkiləri: 224 pilot, 11,6 milyard maddi zərər

ABŞ HHQ-nin son 7 ildəki itkiləri: 224 pilot, 11,6 milyard maddi zərər ABŞ Hərbi Hava Qüvvələri son 7 ildə qeyri-döyüş şəraitində 224 canlı qüvvəsini itirib, 186 təyyarə və helikopteri qəzaya uğrayıb.
Hərbi
7 Dekabr , 2020 17:11
ABŞ HHQ-nin son 7 ildəki itkiləri: 224 pilot, 11,6 milyard maddi zərər

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) son 7 ildə qeyri-döyüş şəraitində 224 canlı qüvvəsini itirib, 186 təyyarə və helikopteri qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Hərbi aviasiya təhlükəsizliyi üzrə Milli Komissiyanın hesabatında qeyd olunub.

Qəzaya uğrayan təyyarə və helikopterlərin ümumi dəyəri 11,6 mlrd. ABŞ dollarıdır.

Məlumata görə, yalnız 2013-cü ildən 2018-ci ilədək ABŞ-ın hərbi aviasiyası 6 000 hava hadisəsində müxtəlif tipli 157 uçan aparat (UA) və 198 pilot itirib. İtirilmiş UA-ların ümumi dəyəri 9,4 mlrd. ABŞ dolları olub.

Bildirilib ki, 2019-2020-ci illərdə 29 UA-nın qəzaya uğraması nəticəsində 26 pilot həlak olub. Hesabatda dəymiş zərərin miqdarının 2,25 mlrd. ABŞ dolları olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi