Zaqatalada avtoxuliqanlıq edən sürücü həbs olunub

Zaqatalada avtoxuliqanlıq edən sürücü həbs olunub Zaqatala. 23 iyun. REPORT.AZ/ Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub.
Hadisə
23 İyun , 2018 09:46
Zaqatalada avtoxuliqanlıq edən sürücü həbs olunub

Zaqatala. 23 iyun. REPORT.AZ/ Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, rayonun mərkəzi küçələrində avtoxuliqanlıq edən “VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən “saxla” əmri verilib. 

Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib və avtomobil saxlanılıb. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyənləşib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə E.İbrahimova inzibati qaydada 40 günlük həbs cəzası verilib.  

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

Son xəbərlər

Orphus sistemi