Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib

Hadisə
  • 19 sentyabr, 2022
  • 12:26
Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib

Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib.

Bu barədə "Report"a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Üçüncü Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Ümumi çəkisi 2 ton 400 kiloqram olan 3756 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

44 filmi