Yuxarı

Yol polisi sürücüləri "tələ"yə salır? - VİDEO - RƏSMİ AÇIQLAMA

Yol polisi "Sədərək"də sürücüləri "tələ"yə salır? 13724

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisi əməkdaşlarının sürücüləri saxlaması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"a bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Bu videogörüntü ilə bağlı tərəfimizdən araşdırmalara başlanılıb. Biz hazırda bilmirik ki, həmin polis əməkdaşı nə səbəbə görə sürücüləri saxlayır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisinin sürücülərə "tələ qurması" ilə bağlı videogörüntü yayılıb. Görüntünü qeydə alan sürücü iddia edir ki, həmin ərazidə xidmət aparan yol polisləri patrul avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edərək onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi