Yevlaxda yük maşını piyadanın ayağının üstündən keçib

Hadisə
  • 07 yanvar, 2022
  • 14:08
Yevlaxda yük maşını piyadanın ayağının üstündən keçib

Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" markalı yük maşını Yevlax şəhər sakini, 1953-cü il təvəllüdlü Mətləb Həsənovun sağ ayağının üzərindən keçib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.