Yevlaxda yol qəzası olub, xəsarət alanlar var

Hadisə
  • 11 iyul, 2019
  • 05:07
Yevlaxda yol qəzası olub, xəsarət alanlar var

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Dədə Qorqud küçəsində baş verən qəzada iki nəfər - 1994-cu il təvəllüdlü Arzu Ələkbərov və 1993-cü il təvəllüdlü Amil Hüseynov xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.