Yevlaxda yol qəzası baş verib, xəsarət alan var

Hadisə
  • 16 aprel, 2019
  • 06:10
Yevlaxda yol qəzası baş verib, xəsarət alan var

Yevlaxda avtomobil qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü İlhamə Heydərova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.