Yevlaxda Türkiyə vətəndaşı yol qəzasında xəsarət alıb

Yevlaxda Türkiyə vətəndaşı yol qəzasında xəsarət alıb Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində xarici vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
25 Oktyabr , 2023 01:10
Yevlaxda Türkiyə vətəndaşı yol qəzasında xəsarət alıb

Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində xarici vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolun 285-ci kilometrliyində TIR traktora çırpılıb. Hadisə nəticəsində TIR-ın sürücüsü, Türkiyənin Adana şəhər sakini, 1975-ci il təvəllüdlü Sərkan Şimşək Sıddıq oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi