Yevlaxda suvarma kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
- 19 iyun, 2025
- 23:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Yevlaxda suvarma kanalında batan şəxsin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində batan Mingəçevir şəhər sakini 2010-cu il təvəllüdlü H.R.-dir.
Qeyd edək ki, əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
21:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.