Yevlaxda 37 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub

Yevlaxda 37 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub Yevlax şəhərində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Hadisə
2 Mart , 2024 23:50
Yevlaxda 37 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub

Yevlax şəhərində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərun Nüşabə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Qətlə yetirilən, 1987-ci il təvəllüdlü Laləzər Camal qızı Bəkirovaya şüşə ilə 18 kəsik xəsarətləri yetirilib. Xəsarətlər əsasən boğaz nahiyəsindən olub və o hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən, qadının əri - 1986-cı il təvəllüdlü Həsrət Ramiz oğlu Bəkirov könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, ailənin 6 övladı olub. Hadisə zamanı uşaqlar və onların nənəsi də evdə olub. Lakin onlar digər otaqda yatdıqlarından hadisədən sonra xəbərdar olublar.

H.Bəkirov otağın pəncərəsinin şüşəsini sındırıb və həyat yoldaşını şüşə qırıntısı ilə qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi