Yevlaxda bank avtomobili qəzaya düşdü, ölən var - YENİLƏNİB
- 16 aprel, 2020
- 05:32
Yevlaxda 2 avtomobilin toqquşması nəticəsində ölənin şəxsiyyəti dəqiqləşdirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, ölən şəxs "Mercedes"in sürücüsü Yevlax rayonunun Aran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Əlizadə Fəxri Fəxrəddin oğludur.
Qeyd edək ki, hadisə rayonun Hürüuşağı kəndi yaxınlığında qeydə alınıb. "Hyundai-Sonata" markalı avtomobillə "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində F.Əlilli hadisə yerində ölüb. Daha iki nəfər isə xəsarət alaraq xəstəxanaya aparılıb. Qəzaya düşən avtomobillərdən birinin banka məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 08:44
Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəzanın qeydə alınıdığı əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qəzanın təfərrüatları araşdırılır.