Yevlaxda minik avtomobili yük maşınına çırpılıb, ölən var - YENİLƏNİB

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb, ölən var - YENİLƏNİB Yevlax. 22 fevral. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
22 Fevral , 2019 12:24
Yevlaxda minik avtomobili yük maşınına çırpılıb, ölən var - YENİLƏNİB

Yevlax. 22 fevral. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Qarxun kəndi ərazisində baş verən qəzada Goranboy rayonunun Dəliməmmədli şəhər sakini, 1987-ci il təvəllüdlü Abbasov Əli Polad oğlu aldığı xəsarətlərdən ölüb.


*** 02:23

Yevlax. 22 fevral. REPORT.AZ/ Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Qarxun kəndi ərazisində hərəkətdə olan "VAZ-21011" markalı avtomobil qarşıda gedən yük avtomobilinə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi