Yevlaxda avtomobil qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
- 10 dekabr, 2022
- 17:07
Yevlaxda ağır avtomobil qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Tanrıqulular kəndində "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam etdirilir.
20:50
Yevlax rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha beş nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhər sakini aldığı xəsarətdən dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanların futbolçular olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.