Yevlaxda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Yevlaxda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var Yevlax rayonunun Malbinəsi kəndində iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Hadisə
1 Noyabr , 2022 22:21
Yevlaxda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Yevlax rayonunun Malbinəsi kəndində ölümlə nəticələnən yol qəzası olub.

“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Yol qəzasında yaralanan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Nizami Cabbarov, 1988-ci il təvəllüdlü Pərvin Məhərrəmov və bir nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi