Yevlaxda 38 yaşlı kişi itkin düşüb

Hadisə
  • 01 avqust, 2022
  • 05:15
Yevlaxda 38 yaşlı kişi itkin düşüb

Yevlax rayonunda 38 yaşlı kişi itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə iyulunun 29-da rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əliyev Rüfət Fərrux oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.