Yevlaxda 14 yaşlı qız dərmandan zəhərlənərək ölüb

Hadisə
  • 22 aprel, 2019
  • 19:29
Yevlaxda 14 yaşlı qız dərmandan zəhərlənərək ölüb

Yevlax rayonunda 14 yaşlı qız kimyəvi maddədən zəhərlənərək ölüb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun 2005-ci il təvəllüdlü Hacimahmudlu kənd sakini İsmayılova Ziyafət Elnur qızı yaşadığı evdə ev quşları üçün nəzərdə tutulan dərmanı duz əvəzi yumurtanın üstünə səpərək yeyib.

Nəticədə zəhərlənən yeniyetmə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.