Yevlax və Mingəçevirdə selin törətdiyi fəsadlar aradan qaldırılır

Yevlax və Mingəçevirdə selin törətdiyi fəsadlar aradan qaldırılır Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri Mingəçevir və Yevlax şəhərlərində selin törətdiyi fəsadların aradan qaldırılmasına cəlb olunub.
Hadisə
12 İyun , 2024 14:55
Yevlax və Mingəçevirdə selin törətdiyi fəsadlar aradan qaldırılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri Mingəçevir və Yevlax şəhərlərində selin törətdiyi fəsadların aradan qaldırılmasına cəlb olunub.

"Report"-un hadisə yerinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, intensiv yağışdan sonra FHN-in Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb edilib.

Su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər görülüb, o cümlədən, köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, ötən gecə yağan intensiv yağışlar nəticəsində Mingəçevir və Yevlax şəhərlərinin bir sıra küçə və prospektlərində su basması halları qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi