Yasamalda mənzildən meyit tapılıb

Hadisə
  • 16 dekabr, 2022
  • 17:46
Yasamalda mənzildən meyit tapılıb

Bakının Yasamal rayonunda mənzildən meyit tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.