Yasamalda mənzildə meyit tapılıb

Hadisə
  • 05 iyul, 2016
  • 16:24
Yasamalda mənzildə meyit tapılıb

Bakı. 5 iyul. REPORT.AZ/ Yasamal rayonunda mənzildə meyit aşkarlanıb. 

"Report" xəbər verir ki, hadisə iyulun 4-də H.Haciyev küçəsi, ev 57, mənzil 11 ünvanında qeydə alınıb. Orada yaşayan Lyudmila Markovna Kononovanın üzərində zorakılıq əlamətləri görülməyən meyiti aşkar olunub. 

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən istintaq davam etdirilir.