Bakıda insan sümükləri aşkarlanıb
Hadisə
- 15 sentyabr, 2021
- 19:19
Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Report" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Son xəbərlər
22:38
Gürcüstan PA-nın sabiq rəhbəri: Azərbaycanın dronla hücuma məruz qalması qəbuledilməzdir
Region22:30
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Region22:15
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Xarici siyasət22:05
Prezidentin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Daxili siyasət22:01
Foto
Azərbaycan nümayəndə heyəti Kot-d"İvuarda səfərdə olub
Xarici siyasət21:52
Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub – YENİLƏNİB - 4
Xarici siyasət21:50
İran ordusu ABŞ bazalarına zərbələr endirib
Digər ölkələr21:32
Küveytdə qalan hakimlərimiz Vətənə dönüblər
Hadisə21:30