Yasamalda gənc sürücü yol qəzasında xəsarət alıb

Hadisə
  • 13 mart, 2023
  • 04:09
Yasamalda gənc sürücü yol qəzasında xəsarət alıb

Bakının Yasamal rayonunda motosikletlə avtomobilin toqquşması nəqliyyat vasitələrinin sürücülərindən birinin xəsarət alması ilə nəticələnib.

"Report"un məlumatına görə, 1995-ci il təvəllüdlü Hüseynli Camal Hüseyn oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona mil sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

44 - Tezliklə