Yasamalda avtomobil 38 yaşlı qadını vurub

Hadisə
  • 24 mart, 2022
  • 03:38
Yasamalda avtomobil 38 yaşlı qadını vurub

Bakıda 38 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Şahmalıyeva Aynurə Əsədulla qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.