Yasamalda qadın qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

Hadisə
  • 23 avqust, 2025
  • 14:36
Yasamalda qadın qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emil Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

11:15

Bu gün səhər saat 9 radələrində Bakının Yasamal rayonu ərazisində İradə Muradova münaqişə zəminində qətlə yetirilib.

"Report" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti