Yasamalda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 05 mart, 2022
  • 01:12
Yasamalda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 20 yaşlı gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Həsənova Elvina Teymur qızı yolu keçərkən motosiklet onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.