YAP Təftiş Komissiyasının reqlamenti qəbul olunub

YAP Təftiş Komissiyasının reqlamenti qəbul olunub İyulun 12-də Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının növbəti iclası keçirilib.
Daxili siyasət
12 İyul , 2021 15:14
YAP Təftiş Komissiyasının reqlamenti qəbul olunub

İyulun 12-də Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, iclasın gündəliyi barədə məlumat verən Komissiyanın sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, gündəliyə Təftiş Komissiyasının reqlamentinin təsdiq olunması və komissiyanın iş planı barədə məsələlər daxildir.

Qeyd olunub ki, Təftiş Komissiyasının ilk iclasında reqlamentin hazırlanması barədə qərar qəbul olunmuşdu. Artıq bu sənəd hazırdır. 5 bölmə və 65 maddədən ibarət olan reqlamentdə Təftiş Komissiyasının fəaliyyət prinsipləri, qaydaları və digər məsələlər öz əksini tapır.

YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov sənədin üzərində zəruri işlərin aparıldığını, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənildiyini diqqətə çatdırıb.

Müzakirələrin sonunda YAP Təftiş Komissiyasının reqlamenti qəbul olunub.

İclasda daha sonra YAP Təftiş Komissiyasının iş planı ilə bağlı məsələyə baxılıb və iş planının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi