Xudatda yanğınla bağlı yollarda postlar qurulub
Hadisə
- 17 avqust, 2022
- 13:14
Xaçmazın Xudat şəhəri ərazisində baş verən yanğınla bağlı nəqliyyatın təhlükəsiz hərəkət eməsi üçün yollarda postlar qurulub.
"Report"un Şimal bürosu xəbər verir ki, Xaçmazın Xudat şəhərinin "4-cü şöbə" adlanan ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğın genişlənərək meşə massivinə keçib.
Məlumata görə, yanğın 30 hektara yaxın ərazini əhatə edir və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir.
Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə muvəqqəti postlar qoyulub.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, texnikaları və canlı qüvvəsi cəlb edilib.
Son xəbərlər
09:46
Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
Digər ölkələr09:44
Din Henderson "Kristal Pelas"la yaxşılaşdırılmış şərtlər qarşılığında yeni müqavilə imzalayacaq
Futbol09:42
Foto
"SABAH.city" texnologiya şirkətləri, universitetlər və elmi qurumlar arasında sinerji yaradacaq
İKT09:41
"Bank Respublika" sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Maliyyə09:36
Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Xarici siyasət09:29
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Energetika09:17
Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək
Daxili siyasət09:09
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
Futbol09:01