Xudat sakini dostunu qətlə yetirib - YENİLƏNİB
- 30 oktyabr, 2017
- 06:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Xudat. 30 oktyabr. REPORT.AZ/ Xudat şəhərində qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki dost, rayon sakinləri, 1964-cu il təvəllüdlü Bəxtiyar Şahlar oğlu Çobanov və 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlu yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman birinci sonuncunu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə iş açılıb.
***9:12
Xudat. 30 oktyabr. REPORT.AZ/ Xudat şəhər sakini həmyerlisini bıçaqlayaraq qətlə yetirib.
"Report"un məlumatına görə, hadisə iki dost arasında restoranlardan birində yeyib-içdikdən sonra baş verib.
Belə ki, iki dost restoranda mübahisı etməyə başlayıblar. Mübahisə zəmnində dostlardan biri digərini bıçaqlayıb.
Xaçmaz Rayon Polis Şöbəsindən "Report"un yerli bürosuna faktı təsdiqləyiblər və araşdırma aparıldığı bildirilib.