Xəzər dənizində köməksiz qalan iki nəfər xilas edilib

Xəzər dənizində köməksiz qalan iki nəfər xilas edilib Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.
Hadisə
23 Noyabr , 2021 10:26
Xəzər dənizində köməksiz qalan iki nəfər xilas edilib

Noyabrın 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranan nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olub.

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticə­sində qayığın koordi­natları müəyyənləşdirilib, əraziyə göndərilən sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunub.

Son xəbərlər

Orphus sistemi