Xəstənin sinir damarlarını kəsib ayaqlarının tutulmasına səbəb olan həkimlə bağlı qərar verilib

Xəstənin sinir damarlarını kəsib ayaqlarının tutulmasına səbəb olan həkimlə bağlı qərar verilib Məhkəmə qüsurlu əməliyyat nəticəsində xəstənin ayaqlarının tutulmasına səbəb olmaqda təqsirləndirilən "Bioloji Təbabət" klinikasının Masallı rayon filialının həkim-neyrocərrahı Qəhrəman Aydın barədə qərar verib.
Hadisə
16 Oktyabr , 2024 11:48
Xəstənin sinir damarlarını kəsib ayaqlarının tutulmasına səbəb olan həkimlə bağlı qərar verilib

Məhkəmə qüsurlu əməliyyat nəticəsində xəstənin ayaqlarının tutulmasına səbəb olmaqda təqsirləndirilən "Bioloji Təbabət" klinikasının Masallı rayon filialının həkim-neyrocərrahı Qəhrəman Aydın barədə qərar verib.

“Report” xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bahar Adıgözəlova və cinayət işində təqsirli bilinən həkim tərəfindən verilən apellyasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, bel fəqərəsi yırtığından əziyyət çəkən B.Adıgözəlovanı sözügedən klinikanın həkim-neyrocərrahı Qəhrəman Aydın əməliyyat edib. Xəstə narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirib.

İttihama görə, həkim cərrahi əməliyyat zamanı xəstənin belindəki sinir damarını kəsib. Nəticədə qadın əlil arabasından istifadə etməyə məcbur qalıb.

Qəhrəman Aydın Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib. Masallı Rayon Məhkəməsinin qərarı ilə bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib, eləcə də aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilib. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin zərərçəkən tərəfə 15225 manat təzminat ödənilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi