Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyərək öldürüb

Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyərək öldürüb Xaçmaz rayonununda qətl hadisəsi baş verib. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb. 1963-cü il təvəllüdlü Sona Aslan
Hadisə
6109
18 Sentyabr , 2020 10:20
Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyərək öldürüb

Xaçmazda kürəkəni tərəfindən güllələnərək xəsarət alan kişi xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, kürəkəni R.Osmanov tərəfindən ov tüfəngindən açılan atəşlə ağır xəsarət alan Beykəs Mirzəcan oğlu Yunusov yerləşdirildiyi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09.40

Xaçmaz rayonununda qətl hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi