Xaçmaz. 7 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı üzrə ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev Xəzər dənizi sahilindən - qumluq ərazidən tapılan insan sümükləri bağlı "Report"un şimal bürosunun müxbirinə bildirib ki, həmin sümüklərə baxış keçirmədən onların hansı dövrə aid olmasını demək çox çətindir.
Qəhrəman Ağayev "Bu insan sümükləri ermənilərin törətdiyi qətliamda öldürdüyü dinc insanların sümükləri ola bilərmi? Yerli sakinlər bunun ermənilərin qətlə yetirdiyi insanların sümükləri olduğunu ehtimal edir, bu mümkündürmü?" - sualına cavabında da sümüklərə baxmadan nəsə deməyin mümkün olmadığını söyləyərək "ola bilər" - deyib. O, bunun üçün Azərbaycan Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna təcili olaraq müraciət eləməyi tövsiyə edib.
Qeyd edək ki, Xaçmaz rayonunda dəniz kənarında göbələk yığan şəxslər kütləvi məzarlıq aşkar edib.
***19:22
Xaçmaz rayonunda dəniz kənarında göbələk yığan şəxslər kütləvi məzarlıq aşkar edib.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Muxtadır kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənddən 1 kilometr məsafədəki qumluq sahədə, Xəzər dənizinə yaxın ərazidə beş nəfərin sümükləri aşkarlanıb.