“Qaçqın problemləri ilə məşğul olan təşkilatlar digər təşkilatlara və aparıcı dövlətlərə təsir etməlidirlər ki, onlar münaqişənin həllinə kömək etsinlər”.
“Report” xəbər verir ki, bunu
O bildirib ki, beynəlxalq təşkilatların fəaliyyətinin miqyasının genişlənməsi dövlətlərin gördüyü tədbirlərin çoxalması, dünyanın resurslarla zənginləşməsi nəzərə alınsaydı, dünyadakı qaçqınların sayı azalmalı idi: “Ancaq, təəssüf ki, biz bu sayda nəinki azalma, hətta artım görürük. Son 20 ildə qaçqınların sayı, təxminən, 60 faiz artıb. Dünyadakı qaçqınların sayı 70 milyonu ötüb. Təbii ki, bu artmanın səbəbləri bizə məlumdur”.
V.Hüseynov xatırladıb ki, dünyada 40 milyon məcburi köçkün, 25 milyon qaçqın, 3,5 milyon sığınacaq axtaran şəxs var: “Qaçqınlar və məcburi köçkünlər dünyada baş verən proseslərin bir hissəsidir. Dünyada qaçqın olan 70 milyon şəxsin heç bir günahı yoxdur ki, onlar dünyadakı ədalətsiz vəziyyətlə rastlaşıblar. Həmin dövlətlər də öz resurslarını səfərbər etsinlər ki, nəticələr aradan qaldırılsın, tədbirlərin səmərəliliyi artsın. Dünya üzrə qaçqınların 85 faizi inkişaf etməkdə olan ölkələrdə məskunlaşıb. Hesab edirəm ki, inkişaf etmiş ölkələr, böyük beynəlxalq təşkilatlar bu proseslərdə daha məsuliyyətli olmalı, dəstəklərini artırmalıdırlar”.