Yuxarı

Vüsal Hüseynov

 - 

Dövlət Miqrasiya Xidmətinin rəisi



2018

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.

2015

2015-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 91 saylı Ucar seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2015-ci ildən Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinin üzvüdür. 2015-2018-ci illər arasında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədr müavini olub. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvü təyin edilib.

2012

2012-2015-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi olub. 2012-ci ildən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2012-2017-ci illərdə Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünün Azərbaycan üzrə Milli koordinatoru olub.

2011

2011-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin “Miqrasiya və vətəndaşlıq məsələləri” sektorunda məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışıb.

2005

2005-2010-cu illərdə Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində aparıcı məsləhətçi və böyük məsləhətçi olub. 2007-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

2003

2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə magistr təhsili alıb. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib və hüquqşünas ixtisası alıb. 2010-cu ildə Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin magistr proqramına qəbul olub və 2011-ci ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

2001

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat üzrə bakalavr pilləsini bitirib. 2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

1980

12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub.