Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb
Hadisə
- 20 avqust, 2024
- 07:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Üçtərəfli bəyanatın qəbul edildiyi 2020-ci il noyabrın 10-dan 2024-cü il iyulun 31-nə qədər azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb.
"Report"un məlumatına görə, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, 152 min 619 hektar ərazidə ümumilikdə 126 663 mina və partlamamış hərbi sursat aşkarlanıb: "Onlardan 32 940 mina piyada əleyhinə, 19 956 mina tank əleyhinə, 73 min 767 isə partlamamış hərbi sursatdır".
Son xəbərlər
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr
23:59
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə
23:54
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
Digər ölkələr
23:31
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
Digər ölkələr
23:12
Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir
Digər ölkələr
22:55
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
Digər ölkələr
22:37
"Audi"nin Çindəki zavodu konsernə milyardlarla zərər vurur
Digər ölkələr
22:30
Foto
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Fərdi